Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 108 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 239 637 nəfər test edilib, onlardan 22 699-u pozitiv nəticə verib, 5835 nəfər sağalıb.