Modern.az

Gürcüstanda seçkilərə 50 partiya qatılacaq

Gürcüstanda seçkilərə 50 partiya qatılacaq

Dünya

9 Avqust 2021, 08:03

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına və bəzi şəhərlərin meri vəzifəsinə oktyabrın 2-də keçiriləcək seçkilərdə 50 siyasi partiya iştirak edəcək.


Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.


MSK artıq siyasi partiyaların seçkilərdə iştirak üzrə sıra nömrələrini müəyyən edib.


Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası seçkilərdə 41-ci, əsas ana müxalifət hesab edilən “Vahid Milli Hərəkat” partiyası 5-ci nömrə altında çıxış edəcək.


Sabiq baş nazir Giorgi Qaxariyanın təsis etdiyi və ölkədə üçüncü əsas güc kimi təqdim olunan “Qaxariya-Gürcüstan naminə” partiyası isə 25 nömrə ilə mübarizə aparacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu