Səudiyyə Ərəbistanı koronavirus pandemiyasının başlanmasından bəri ilk dəfə Kiçik Həcc (Ümrə) ziyarəti üçün xarici ölkələrdən müraciətlər qəbul etməyə başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Məkkədəki Qapalı məscidi və Mədinədəki Peyğəmbər məscidini yalnız Ərəbistan hökumətinin tanıdığı vaksinləri (Moderna, Johnson &Johnson, AstraZeneca və Pfizer/BioNTech) vurdurmuş şəxslər ziyarət edə biləcək.
Ümrə ziyarətini yerli sakinlər və xarici ölkə vətəndaşları da daxil olmaqla, ayda 2 milyon zəvvarın ziyarət edəcəyi gözlənilir.