Modern.az

Ukraynalı idmançı Fazil Məmmədovun Federasiyasına “YOX” dedi

Ukraynalı idmançı Fazil Məmmədovun Federasiyasına “YOX” dedi

Dünya

9 Avqust 2021, 14:12

Tokio Yay Olimpiadasında velotrek üzrə gümüş medal qazanmış ukraynalı idmançı Yelena Starikova maraqlı açıqlama verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Azərbaycan Velosiped İdmanı Federasiyasının təklifini qəbul etmədiyini söyləyib 

 

“Hamını yəqin ki, Azərbaycana dəvət edirdilər. Çoxları ora getdi. Mən buna hazır deyiləm. Başa düşürəm ki, vəziyyət o qədər də yaxşı deyil və pul az ödənilir. Amma öz ölkəndə olmaq və çalışmaq istəyirsən. Həmçinin mənə mavi-sarı rəng xoş gəlir. Yəqin ki, vətənpərvərəm”- deyə Starikova açıqlamasında bildirib.

 

25 yaşlı xanım idmançı velorek yarışlarında kanadalı rəqibindən geri qalaraq gümüş medal qazanıb.

 

Xatırladaq ki, Azərbaycan Velospiped İdmanı Federasiyasının prezidenti eks-vergilər naziri Fazil Məmmədovdur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI