Ermənistan ordusunda yeni kadr təyinatları olub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, prezident Armen Sarkisyan Müdafiə Nazirliyinin hərbi kəşfiyyat idarəsinin rəisi, Baş Qərargah rəisinin müavini postuna general-mayor Araik Arutunyanı təyin edib.
Eyni zamanda o, 2-ci ordu korpusunun komandiri postundan çıxarılıb, həmin posta Vaqram Qriqoryan təyinat alıb.
Daha bir qərarla general-mayor Arakel Martikyan hərbi kəşfiyyat xidmətinin rəisi postundan azad olunub.