Modern.az

Rusiyada koronavirus xəstələri oksigen çatışmazlığından ÖLDÜ

Rusiyada koronavirus xəstələri oksigen çatışmazlığından ÖLDÜ

Dünya

9 Avqust 2021, 22:24

Rusiyanın Vladiqafqaz şəhərində yerləşən xəstəxanada oksigen borusunda yaranan problemlərə görə reanimasiyada olan 9 koronavirus xəstəsi dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi yerli mənbələrə istinadən yazıb.

 

Bildirilib ki, hadisənin baş verdiyi vaxt reanimasiya şöbəsində ümumilikdə 71 nəfər olub.

 

İlkin məlumata görə, oksigen borusunda partlayış baş verib. Hadisənin araşdırıldığı qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu