Modern.az

Paşinyan hökumətinin “boz kardinalı” – O baş nazir olmağa İDDİALIDIR

Paşinyan hökumətinin “boz kardinalı” – O baş nazir olmağa İDDİALIDIR

Dünya

10 Avqust 2021, 10:13

Ermənistanda formalaşmış yeni hökumətin daxilində mübarizə gedir.

 

Modern.az Ermənistanın “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, baş nazirin birinci müavini Suren Papikyan “boz kardinal”a çevrilib. Belə ki, Papikyan qısa zamanda əksər nazirlikləri nəzarətə götürərək “de-fakto” baş nazir iddialarına düşüb:

 

“Bizim hökumətdəki mənbələrimiz bildirir ki, Papikyan özünə faktiki baş nazir statusu verib. Bütün vacib məsələlər barədə hesabat məhz ona verilir. Bununla yanaşı, hökumətdə kimin qalacağı¸ kadr təyinatları da onun nəzarəti altındadır. Ərazilərin idarəedilməsi və infrastruktur naziri postunu tərk edən zaman Papikyan gəlirli asfatlaşdırma biznesini və digər böyük pulların dövr etdiyi sahələri də əlinə alıb”.

 

Onun yerinə nazir təyinatı alan Qnel Sanosyan Papikyanın nüfuzundan narazı qaldığını, nazir səlahiyyətlərinin minimuma düşdüyünü bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI