Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşı Türkiyədə təlimlərdə iştirak edir.
Modern.az xəbər verir i, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi Tvitter səhifəsində məlumat paylaşıb.
“Hava Qüvvələri personalımız tərəfindən qardaş Azərbaycan Silahlı Qüvvələrinin 14 əməkdaşına Yaxın Hava Dəstəyi fəaliyyətləri çərçivəsində Qabaqcıl Hava Nəzarətçisi təlimləri keçirilir”, - deyə məlumatda qeyd olunub.