Avqustun 11-də Mərakeşdə İsrailin səfirliyi açılacaq.
Modern.az xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkənin xarici işlər naziri Yair Lapid səfirliyin açılışında iştirak etmək üçün Mərakeşə səfər edəcək.
Xatırladaq ki, 2020 -ci ilin sentyabrında Vaşinqtonda İsrail tərəfi BƏƏ və Bəhreyn ilə münasibətlərin normallaşdırılmasına dair sənədlər imzalayb. Elə həmin ilin oktyabrında Amerikanın vasitəçiliyi ilə Sudan da İsraillə münasibətləri normallaşdırmağa qərar verib.
Dekabr ayında isə İsrail və Mərakeş tam hüquqlu diplomatik əlaqələrin qurulması barədə razılığa gəliblər.