Modern.az

ABŞ ordusu Suriyadan çıxmayacaq

ABŞ ordusu Suriyadan çıxmayacaq

Dünya

10 Avqust 2021, 20:03

ABŞ Prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya Suriyada hərbi varlığını saxlamağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı Pentaqon rəhbərinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Dana Stroul deyib.

 

O qeyd edib ki, Suriyanın şimal-şərqində olan ABŞ qüvvələri orada qalmağa davam edəcək.

 

Stroul Vaşinqtonun ölkədəki humanitar böhranı həll etmək üçün əlavə tədbirlər görməyi planlaşdırdığını bildirib. Pentaqon rəsmisinin sözlərinə görə, ABŞ artıq suriyalılara humanitar yardım tədarükünü artırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu