Modern.az

“Taliban” Əfqanıstanın 65%-dən çox ərazisinə nəzarət edir

“Taliban” Əfqanıstanın 65%-dən çox ərazisinə nəzarət edir

Dünya

10 Avqust 2021, 21:40

“Taliban” qiyamçıları Əfqanıstan ərazisinin 65%-dən çoxuna nəzarəti ələ alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi nümayəndəsi “Reuters” agentliyinə məlumat verib.

 

Avropalı diplomat qeyd edib ki, İttifaq Kabili dəstəkləməyə davam etmək niyyətindədir. Belə ki, Brüssel Əfqanıstana maddi yardım göstərəcək.

 

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin qərarı ilə amerikalı hərbi qulluqçuların Əfqanıstandan çəkilməyə başlamasından sonra “Taliban” qiyamçıları hücumları intensivləşdirib. Rəsmi məlumata görə, qiyamçılar hazırda ölkənin 6 əsas vilayətinə tam nəzarət edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu