Modern.az

KXDR Seulun zənglərinə cavab vermir

KXDR Seulun zənglərinə cavab vermir

Dünya

10 Avqust 2021, 22:51

Şimali Koreya (KXDR) lideri Kim Çen Inin bacısının xəbərdarlığından sonra rəsmi Pxenyan Cənubi Koreyanın telefon zənglərinə cavab verməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi yazıb.

 

KXDR rəsmisi Cənubi Koreyanın ABŞ-la keçirəcəyi birgə hərbi təlimləri xəyanət adlandırıb.

 

Ölkələr arasında gərginlik qaynar xəttin bərpa edilməsindən cəmi iki həftə sonra yenidən artıb.

 

Xatırladaq ki, bundan əvvəl agentlik KXDR-nin xəbərdarlığına baxmayaraq, Cənubi Koreya və ABŞ arasında təlimlərin keçiriləcəyini bildirmişdi. Mənbənin dediyinə görə, planlaşdırılan təlimə nəzərdə tutulandan daha az hərbi qulluqçu qoşulacaq.

 

Şimali Koreya təlimin Koreyalararası danışıqları təhlükəyə atacağı barədə xəbərdarlıq edib. Pxenyan və Seul təxminən 14 aylıq fasilədən sonra keçən ayın sonlarında qaynar xətlər vasitəsilə birbaşa əlaqəni bərpa edib.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu