Modern.az

“Taliban” daha bir inzibati mərkəzi ələ keçirdi  

“Taliban” daha bir inzibati mərkəzi ələ keçirdi  

Dünya

10 Avqust 2021, 23:04

“Taliban” qiyamçıları Əfqanıstanın şimalında yerləşən Bağlan vilayətinin inzibati mərkəzi olan Puli-Humri şəhərinin nəzarətini ələ alıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, “Taliban” şəhərdə bayraqlarını mərkəzi meydanda, eləcə də qubernatorun iqamətgahına qaldırıb.

 

Hökumət qüvvələrinin geri çəkilməyə məcbur olduğu iddia edilir. Agentlik qeyd edir ki, bu, son günlərdə qiyamçıların əlində olan səkkizinci inzibati mərkəzidir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu