Modern.az

Qazaxın 7 kəndi qaytarılır – Rusiyalı sərhədçilər Barxudarlıya yerləşdirildi

Qazaxın 7 kəndi qaytarılır – Rusiyalı sərhədçilər Barxudarlıya yerləşdirildi

Dünya

11 Avqust 2021, 10:05

Qazaxın işğal altındakı 7 kəndinin Azərbaycana qaytarılması prosesi davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Əskipara kəndi yaxınlığında Rusiya sərhədçilərinin qurduğu postun ardınca, işğal altındakı Sofulu və Barxudarlı kəndlərinin yaxınlığında da ikinci post yaradılıb.

 

Bu barədə həmin kəndlərin qonşuluğunda yerləşən Azatamut qəsəbəsinin sakinləri məlumat verib.

 

Ermənistan mediası sərhəd postlarının yaradılmasını yaxınlarda həmin ərazilərin Azərbaycana qaytarılması ilə əlaqələndirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI