Modern.az

Ermənistan təslim oldu: Üçtərəfli komissiya işini bərpa edir

Ermənistan təslim oldu: Üçtərəfli komissiya işini bərpa edir

Dünya

11 Avqust 2021, 14:34

Ermənistan, Azərbaycan və Rusiya arasında fəaliyyət göstərən üçtərəfli komissiya fəaliyyətini bərpa edəcək.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Mqer Qriqoryanın ofisi məlumat yayıb.

 

Məlumata görə üçtərəfli komissiyanın bərpası Ermənistanda hökumət formalaşdıqdan sonra mümkün olacaq:

 

“Ermənistanda hökumət formalaşdıqdan dərhal sonra regional komunnikasiyaların açılması üçün yaradılmış üçtərəfli komissiya işini bərpa edəcək”.

 

Xatırladaq ki, üçtərəfli komissiyanın işini dayandırması barədə məlumat iyunun 1-də açıqlanmışdı.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI