NATO 2022-ci ildə yeni Baş katib seçməyə hazırlaşır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbi alyansın daxilində bu postu qadın namizədin tutacağı ilə bağlı konsensus mövcuddur.
Baş katib postuna mümkün namizədlər sırasında Böyük Britaniyanın eks-baş naziri Tereza Mey, Avropa Birliyinin diplomatiyasının sabiq rəhbəri Frederika Moqerini, Almaniyanın müdafiə naziri Aneqret Kramp-Karrenbauer, Litvanın keçmiş prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Kersti Kalyulayd və Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç ola bilər.