Rusiya müxalifətinin lideri Aleksey Navalnıya yeni cinayət işi açılıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Rusiya vətəndaşlarının hüquq və azadlıqlarını pozan təşkilat yaratmaqda təqsirləndirilir.
Bu maddə ilə siyasətçini əlavə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, Aleksey Navalnı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri kimi insanları etiraz aksiyalarına səsləyirdi.