Modern.az

Koronavirusa yoluxma sayı 300 milyonu keçə bilər

Koronavirusa yoluxma sayı 300 milyonu keçə bilər

Dünya

11 Avqust 2021, 19:52

Yeni növ koronavirusun yayılma sürəti dayanmasa, gələn ilin əvvəlinədək dünyada bu virusa yoluxan insanların sayı 300 milyonu keçə bilər.

 

Modern.az xəbər verir ki, bunu Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

 

O qeyd edib ki, keçən həftə pandemiyanın başlanğıcından etibarən dünyada COVID-19-a yoluxanların sayı 200 milyonu keçib.

 

“Virusun yayılmasının mövcud trayektoriyası ilə gələn ilin əvvəlində 300 milyon həddi keçə bilərik”, - deyə Qebreyesus vurğulayıb.

 

Bu günə olan statistikaya görə, dünyada koronavirusa yoluxanların sayı 204 998 803-ə çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu