“Taliban” qiyamçılarının Əfqanıstanda bir çox vilayəti ələ keçirməsinə baxmayaraq, Türkiyə hələ də Kabildə yerləşən Həmid Kərzai adına hava limanının təhlükəsizliyini təmin etmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin adı açıqlanmayan rəsmisi “Reuters” agentliyinə bildirib.
Qeyd olunub ki, hava limanı ilə bağlı danışıqlar davam edir. Mənbə Türkiyənin Əfqanıstandakı vəziyyəti diqqətlə izlədiyini vurğulayıb.
Xatırladaq ki, Türkiyə NATO-nun geri çəkilməsindən sonra Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsini öz üzərinə götürməyi təklif edib. Hava limanının təhlükəsizliyi barədə razılaşma ABŞ Prezidenti Co Baydenin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla iyunun 14-də baş tutan görüşü zamanı əldə edilib. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan NATO zirvəsində baş tutan görüşdə bu barədə razılaşmanın əldə olunduğunu diqqətə çatdırıb.