“Bütün təhsil müəssisələrimiz yeni tədris ili müəyyənləşdirildiyi vaxtda açılacaq. Əyani təhsildən imtina etməyimiz müzakirə mövzusu ola bilməz”.
Modern.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
O qeyd edib ki, Elmi Şuranın təklifləri Təhsil Nazirliyi və Ali Təhsil Şurası ilə müzakirə edilib cəmiyyətə açıqlanacaq.
“Bütün səviyyələrdəki təhsil müəssisələrimiz üz-üzə təhsil verəcək və praktiki məşğələlər fasiləsiz davam edəcək, çünki artıq peyvənd var. Şərtlərdən asılı olmayaraq, tələbələrimizi, şagirdlərimizi və onların ailələrini pandemiya təhlükəsindən qoruyaraq praktiki və əyani təhsilimizə davam edəcəyik. Ən önəmli işimiz peyvənd olunmayan müəllimlərimizin qalmamasıdır”, - deyə Koca bildirib.