Filippin sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Mati şəhərindən 80,5 kilometr cənub-şərqdə, ocağı isə 65,6 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.