Modern.az

Ankaranın Bayraktar uğuru ABŞ-ı niyə qıcıqlandırır?

Ankaranın Bayraktar uğuru ABŞ-ı niyə qıcıqlandırır?

12 Avqust 2021, 13:10

Türkiyə hərbi sənayesinin məhsulu olan Bayrakta TB2 dünyanın müzakirə etdiyi silaha çevrilib.

 

Modern.az xəbər verir ki, Suriya, Liviya və Qarabağdakı hərbi münaqişələr zamanı Bayratkarlar döyüşlərin gedişatına əsaslı təsir göstərib.

 

Bu fonda ABŞ-dakı ermənipərəst dairələr NATO üzrə müttəfiq sayılan Türkiyənin uğurlarından narahat qalıb. Belə ki, Konqresin Nümayəndələr Palatasının 27 üzvü pilotsuz uçuş aparatının hazırlanması üçün ABŞ-ın verdiyi texnologiya və ehtiyat hissələrin Ankaraya verilməsinə qarşı çıxıblar.

 

Konqresmenlər Türkiyənin guya aqressiv xarici siyasət yürütdüyünü əsas gətirərək Ankaraya məhdudiyyətlərin tətbiq olunmasını təklif edirlər. Onlar həmçinin, Ankaranın Rusiyadan S-400 zenit raket kompleksini almasını da xatırlamağı unutmayıblar.

 

Oksford Universitetinin eksperti Samuel Ramaninin fikrincə, ABŞ-da bəzi dairələr Türkiyənin həddən artıq müstəqil hərbi güc olmasından narahatdır.

 

“Türkiyənin pilotsuz uçuş aparatlarına qarşı tətbiq edilən məhdudiyyətlər S-400 raketləri ilə bağlı deyil. Səbəb Ankaranın artan hərbi-siyasi təsiri, bir sıra münaqişələrə qatılmasındadır”,- deyə ekspert söyləyib.

 

ABŞ-ın Türkiyəyə qarşı tətbiq edəcəyi sanksiyaların effektiv olması sual altındadır. Məhz bu səbəbdən Ağ Evin verilən təklifə mənfi yanaşdığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI