Modern.az

Rəsmi Yerevan: “Dəmir yolu Naxçıvan, Mehri və İcevandan keçəcək”

Rəsmi Yerevan: “Dəmir yolu Naxçıvan, Mehri və İcevandan keçəcək”

12 Avqust 2021, 15:52

Nəqliyyat kommunikasiyalarının açılması barədə qərar verilsə, dəmir yolu xətti Naxçıvan, Mehri və İcevandan keçəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın ərazilərin idarəedilməsi və infrastuktur naziri Qnel Sanosyan açıqlama verib.

 

Nazirin fikrincə, kommunikasiyaların açılmasından tək Yerevan deyil, bütün region ölkələri qazanacaq. O, infrastrukturun dağılmasına görə, genişmiqyaslı tikinti işlərinin aparılacağını və dəmir yolu xəttinin Sovet vaxtı olduğu kimi Naxçıvandan və Mehridən keçəcəyini söyləyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI