“Taliban” qiyamçıları Əfqanıstanın ikinci ən böyük şəhəri, Qəndəhar vilayətinin mərkəzi olan eyniadlı şəhəri nəzarət altına aldığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı qiyamçıların rəsmi nümayəndəsinə istinadən yazıb.
Telekanalın məlumatına görə, hökumət qüvvələri ilə “Taliban” arasında toqquşmalar səbəbindən Qəndəhar hava limanı da işini dayandırıb və bütün uçuşlar ləğv edilib.
Qeyd edək ki, qiyamçlar indiyədək Əfqanıstanın yarısında çoxuna nəzarəti ələ keçirib.