Rusiyanın Voronej şəhərində “PAZ” markalı avtobusda qaz balonunun partlaması nəticəsində yaralananların sayı 18 nəfərə yüksəlib.
Modern.az xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan 35 yaşlı qadın dünyasını dəyişib.
Məlumata görə, ölən qadın qəza nəticəsində hər iki ayağının travmatik amputasiya olunduğu sərnişindir. Onun kimliyi açıqlanmayıb.
***
00:45
Rusiyanın Voronej şəhərinin mərkəzində “PAZ” markalı avtobusda qaz balonunun partlaması nəticəsində 14 nəfər yaralanıb.
Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib
Yaralılardan üçünün vəziyyətinin ağır olduğu qeyd olunur.
Bir sərnişinin ayağı amputasiya olunub.
Partlayış nəticəsində avtobus tamamilə yanıb.
Hadisənib başvermə səbəbi araşdırılır.