Modern.az

ABŞ Əfqanıstana 3 minə yaxın hərbçi göndərir

ABŞ Əfqanıstana 3 minə yaxın hərbçi göndərir

13 Avqust 2021, 08:01

ABŞ Müdafiə Nazirliyi yaxın 48 saat ərzində Əfqanıstanın paytaxtı Kabilə 3 minə yaxın hərbçi göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

 

Onun sözlərinə görə, hazırda Kabildə 650 ABŞ hərbçisi var:

 

"Göndərəcəyimiz hərbçilər oradakı qoşunlara qoşulacaqlar".

 

C.Kirbi, həmçinin qeyd edib ki, ABŞ Əfqanıstana ölkənin Kabildəki səfirliyini qorumaq üçün əlavə qüvvələr göndərir.

 

Pentaqon rəsmisi onu da əlavə edib ki, ABŞ qoşunlarının Əfqanıstana göndərilməsi müvəqqəti xarakter daşıyır.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu