Amerika Birləşmiş Ştatları cümə günü Kuba Daxili İşlər Nazirliyinin iki vəzifəli şəxsinə və ölkənin İnqilabçı Silahlı Qüvvələr Nazirliyinə bağlı hərbi polisə qarşı sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyalara səbəb Kubada ötən ay baş verən qarşıdurmalarda polisin gücdən istifadə edilməsi göstərilir.
Sanksiyalar nəticəsində kubalı rəsmilərin ABŞ-da aktivləri dondurulacaq və Amerika vətəndaşlarının və ya şirkətlərinin olanlarla iş görməsi qadağan ediləcək.