Modern.az

Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət

14 Avqust 2021, 00:49

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 206 milyon 628 minə, həyatını itirənlərin sayı 4 milyon 354 minə, sağalanların sayı isə 185 milyon 404 minə çatıb.

 

Modern.az xəbər verir ki, ABŞ –da son sutkada yoluxanların sayı 37 milyon 215 mini, Hindistanda 32 milyon 155 mini, Braziliyada 20 milyon 285 mini, Rusiyada isə 6 milyon 557 mini keçib.

 

ABŞ Qida və Dərman İdarəsi (FDA) orqan transplantasiyası, xərçəng və ya digər sağlamlıq problemləri ilə əlaqəli immuniteti zəif olan insanlara epidemiyadan qorunmaq üçün peyvəndin üçüncü dozasını vurdurmağı tövsiyə edib.

 

Rusiyada son 24 saat ərzində 815 ölüm sayı açıqlansa da, paytaxt Moskvada virusa qarşı tədbirlər yenidən yumşaldılıb.

 

Almaniya, Türkiyə, ABŞ və İsraili epidemiya ilə əlaqədar yüksək riskli ölkələr kateqoriyasına daxil edilib.

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un mənşəyi ilə bağlı araşdırmaları davam etdirmək üçün yeni bir heyət yaradıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu