Yaponiyanın cənub-qərbində yerləşən dörd prefekturada yaşayan 1,7 milyon insan güclü yağışlar səbəbindən təcili təxliyə olunur.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Fukuoka, Saqa, Naqasaki və Xirosima prefekturalarında təbii fəlakət səbəbindən ən yüksək – beşinci təhlükə səviyyəsi elan olunub.
Qeyd edək ki, Yaponiyanın cənub-qərbində bir neçə gündür güclü yağışlar yağır. Leysanın səbəb olduğu torpaq sürüşmələri nəticəsində 1 nəfər ölüb, 2 nəfər itkin düşüb.