“Taliban” qiyamçıların Əfqanıstanın Bəlx və Fəryab vilayətlərinin mərkəzlərini ələ keçirib.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yerli mənbələrə istinadən yazıb.
Fəryab vilayətinin mərkəzi olan Maymena, Bəlx vilayətinin mərkəzi Məzari-Şərif şəhərinə hücumlar günortadan etibarən başlayıb.
“Taliban” şəhərlərə girdikdən sonra həbsxanadakı məhbusları sərbəst buraxıb.