Modern.az

İsrail Polşadakı diplomatını geri çağırdı

İsrail Polşadakı diplomatını geri çağırdı

Dünya

15 Avqust 2021, 00:06

İsrail Polşadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Yair Lapid məlumat verib.

 

Qeyd olunur ki, diplomatın geri çağırılmasına səbəb kimi Polşa Prezidenti Andjey Dudanın Holokostdan sağ çıxan şəxslərin mülklərini geri qaytarmaq hüquqlarını məhdudlaşdıran qanuna dəyişikliyi təsdiqləməsi göstərilir.

 

İsrail Polşanın qərarını tənqid edib və antisemitizm nümunəsi adlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu