Türkiyənin Mərkəzi Bankı iyun ayı üzrə ilk yarım ilin hesabatını verərkən son altı ay ərzində ölkəyə daxil olan mənşəyi naməlum valyutanın da miqdarını açıqlayıb.
Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, 2021-ci ilin altı ayı ərzində qardaş ölkəyə gətirilən mənşəyi bəlli olmayan varici valyutanın dəyəri 9,6 milyard dollardır.
Mərkəzi Bankın açıqlamasına görə, bu istiqamətdə əvvəlki dövrlərlə müqayisədə artım müşahidə olunur.
Mərkəzi Bankın bu açıqlamasından sonra ölkənin aparıcı müxalifət partiyalarının üzvləri aidiyyatı qurumlardan məsələnin araşdırılmasını, mənşəyi məlum olmayan pulların hansı yollarla ölkəyə gətirildiyinin araşdırılmasını tələb ediblər.
Tural Turan