Modern.az

Taliblər Cəlalabadı tutdu: Bayden daha 1000 əsgər göndərdi 

Taliblər Cəlalabadı tutdu: Bayden daha 1000 əsgər göndərdi 

Dünya

15 Avqust 2021, 08:58

Taliban yaraqlıları Əfqanıstanın beşinci ən böyük şəhəri olan Cəlalabadı ələ keçirdikdən sonra Birləşmiş Ştatların prezidenti Co Bayden bölgəyə daha 1000 əsgər göndərilməsi barədə qərar verdiyini, bununla da Əfqanıstandakı ABŞ və Qərb qüvvələrinin sayının 5000-ə çatdığını vurğulayıb.

 

Modern.az "Sözcü"yə istinadən xəbər verir ki, Cəlalabad şəhəri taliblərə dirəniş göstərmədən təslim olduqdan sonra ABŞ rəhbərliyi Əfqanıstanla bağlı hərəkətə keçib.

 

Amerikalıların Əfqanıstandan təxliyyə edildiyi bir vaxtda Bayden bölgəyə əlavə hərbi birləşmələr göndərəcəyini bildirib. ABŞ prezidenti bu addımın bölgədəki vətəndaşlarının risksiz təxliyyəsi üçün atıldığını qeyd edib:

 

"Bizim nümayəndələr Qatarın paytaxtı Dohada Talibanın təmsilçisi ilə görüşüblər. Ona bildirilib ki, əgər təxliyyə sırasında ABŞ vətəndaşlarına və hərbçilərinə qarşı taliblər tərəfindən hər hansı təxribat həyata keçirilərsə, o zaman Vaşinqton onlara qarşı çox sərt addımlar atacaq" - deyə Bayden vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu