Fransada sanitar pasportların tətbiqinə qarşı küləvi aksiyalar keçirilib.
Modern.az "France24"-ə istinadla xəbər verir ki, ölkənin bir çox yerində təşkil olunan aksiyalara ümumilikdə 215 mindən çox etirazçı qatılıb.
Paytaxt Parisdə isə sanitar pasportlara 14 minə yaxın insan "yox" deyib. Aksiya zamanı polislər də yaralanıb. Ölkənin Daxili İşlər Nazirliyi 11 nəfər etirazçının saxlanıldığını bəyan edib.
Məlumat üçün qeyd edək ki, avqustun 9-dan Fransada bar, restoran, kafe və difər iaşə müəssisələrində, habelə uzun məsafəli qatarlarda, təyyarələrdə COVID-19-la bağlı peyvənd olunma və ya mənfi test nəticəsi göstərən sanitar pasportlardan istifadə təcrübəsi genişləndirilib.