"Sarp" və "Qırmızı Körpü" gömrük keçid məntəqələrində külli miqdarda bəyan olunmamış qızıl əşyalar aşkar edilib.
Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə şimal-qərb qonşumuzun Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata əsasən, Gəlirlər Xidmətinin əməkdaşları şübhəli bilərək Gürcüstan vətəndaşları M.A. və Ş.T.-nın üstünü və onlara məxsus çantaları yoxlayıblar, yoxlanış nəticəsində 170.75 qram bəyan olunmamış qızıl aşkar olunub.
Aşkar edilən qızıl əşyaların ümumi gömrük dəyəri 6.380.92 lari (3 milyon 150 min manat) təşkil edir.
Fakt əsasında Gürcüstan Gömrük Məcəlləsinin 168 -ci maddəsinin I hissəsinə uyğun olaraq, həmin vətəndaşlar sanksiya şəklində ümumilikdə 6,380,92 lari məbləğində cərimələniblər.