Modern.az

Turist avtobusu aşdı: 50-dən çox yaralı var

Turist avtobusu aşdı: 50-dən çox yaralı var

Dünya

15 Avqust 2021, 09:38

Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında turistləri daşıyan avtobusunun aşması nəticəsində 50-dən çox adam yaralanıb.

 

Modern.az "CNN"-ə istinadla xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb. 

 

İçərisində yerli və xarici turistlərin olduğu yaralıların səhiyyə ocaqlarına yerləşdirildiyi vurğulanır. Ümumilikdə qəzaya uğrayan avtobusda 57 nəfərin olduğu bildirilir.

 

Məlumata görə, avtobus Niaqara şəlaləsinə doğru hərəkət edərkən aşıb. Əyalət şerifi bildirib ki, sərnişinlər arasında uşaqlar da var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu