Türkiyənin Kahramanmaraş bölgəsində qəzaya uğrayan Rusiyanın “Be-200” tipli amfibiya təyyarəsinin göyərtəsində olan səkkiz nəfərin meyiti hadisə yerindən götürülüb.
Modern.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəzada həlak olanların şəxsiyyəti müəyyən edilib, onların meyitləri müayinə üçün Kahramanmaraşda tibbi ekspertizaya verilib.
Qeyd edək ki, ötən gün Türkiyə Meşəçilik Baş İdarəsi tərəfindən Rusiyadan icarəyə götürülən “Be-200” tipli amfibiya təyyarəsi meşə yanğınlarına müdaxilə edərkən qəzaya uğrayıb.
Göyərtədə üçü türkiyəli mütəxəssis, beşi rusiyalı hərbçi olmaqla səkkiz nəfər olub.