Artıq dörd gündür fasiləsiz yağan güclü yağışlar Yaponiyada daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Modern.az xəbər verir ki, avqustun 15-də Yaponiya Meteorologiya Agentliyi “xəbərdarlıq” elanını “güclü yağışlar barədə fövqəladə xəbərdarlıq” elanı ilə əvəzləyib. Meteoroloqlar əhalini daşqınlara və torpaq sürüşmələrinə qarşı ayıq-sayıq olmağa çağırıb.
Bildirilib ki, yerli vaxtla saat 5:30-da Naqano prefekturasının mərkəzi hissəsində yerləşən Okaya şəhərində torpaq sürüşməsi baş verib. Nəticədə beş nəfər blokadaya düşüb. Onlardan üçünün öldüyü güman edilir.
Naqasaki prefekturasında torpaq sürüşməsi nəticəsində iki ev dağılıb. Bir nəfərin həlak olub, iki nəfər itkin düşüb.
Güclü yağışların bazar günü axşam saatlarına qədər davam edəcəyi proqnozlaşdırılır və əhalidən son dərəcə ehtiyatlı olmaq xahiş edilir.