Modern.az

İnsanlar 2024-cü ilə qədər Aya uçacaq? - Mask açıqladı

İnsanlar 2024-cü ilə qədər Aya uçacaq? - Mask açıqladı

Dünya

15 Avqust 2021, 12:59

ABŞ-ın "SpaceX" şirkətinin rəhbəri İlon Mask "Starship" kosmik gəmisinin 2024-cü ildən əvvəl astronavtları Aya endirə biləcəyini düşünür.

 

Modern.az xəbər verir ki, bunu İlon Mask "Twitter" hesabında yazıb.

 

Gəminin 2024-cü ildə Yer peykinin səthinə ekipaj endirməyə hazır olub-olmayacağını soruşan sosial şəbəkə istifadəçisinə, Mask "Bəlkə də daha əvvəl" cavab verib.

 

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Baş Müfəttişi Pol Martin çərşənbə axşamı bildirib ki, 2024 -cü ildə astronavtın Aya enməsi, kosmik kostyumların hazırlanmasının gecikməsi səbəbindən mümkün deyil.

 

Mask, bununla bağlı NASA-ya kömək təklif edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu