Modern.az

Rusiyada yanğın: ölənlər var

Rusiyada yanğın: ölənlər var

Dünya

15 Avqust 2021, 13:51

Rusiyanın Kurqan əyalətində fərdi yaşayış evində baş verən yanğın zamanı 5 nəfər həlak olub.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi bildirib.

 

Qeyd edilir ki, hadisə gecə saatlarında Zverinoloqovskoye kəndinin Qaqarin küçəsi 54 ünvanında olub. Hadisə yerində iki qadının, bir kişinin və iki uşağın meyitləri aşkar edilib. Hazırda yanğının başvermə səbəbləri və şəraiti müəyyənləşdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu