Modern.az

Əfqanıstanla bağlı "B" PLANI: ABŞ-a ittiham, Rusiya hələ TƏLƏSMİR

Əfqanıstanla bağlı

Dünya

16 Avqust 2021, 13:24

Kabilin Taliban tərəfindən ələ keçirilməsi Əfqanıstanda müəyyən razılıq əsasında hakimiyyətin ötürülməsi deyil, ABŞ-ın Əfqanıstandakı uğursuzluğunun nəticəsidir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov deyib.

 

"Hesab edirəm ki, belə uydurmaların müəllifləri amerikalıların Əfqanıstandakı uğursuzluğuna hansısa formada haqq qazandırmağa və baş verənləri planlaşdırılmış aksiya kimi qələmə verməyə çalışanlardır", – deyə Kabulov Əfqanıstanda hakimiyyət dəyişikliyinin müəyyən razılaşmaların nəticəsi olması barədə iddialara münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, Rusiyanın Əfqanıstanla bağlı "B" planı var, ancaq indi "A" planı üzrə iş aparılır:

 

"Bizim həm beynimizdə, həm də ürəyimizdə Əfqanıstanla bağlı "B" planı var, ancaq biz heç vaxt bir tərəfdən o biri tərəfə atılmağa tələsmirik, əgər sizin terminologiyadan istifadə etsək, hazırda "A" planı üzrə işləyirik".

  

Xatırladaq ki, avqustun 15-də “Taliban” üzvləri Əfqanıstanın paytaxtı Kabili döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk etmək məcburiyyətində qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU