Ötən həftə sonu Əfqanıstan ordusunun yüzlərlə hərbi qulluqçusu 22 hərbi təyyarə və 24 helikopterlə Özbəkistana qaçıb.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Əfqanıstan ordusunun 585 hərbi qulluqçusu təyyarə ilə, 158 hərbçi isə piyada gəlib.
Xatırladaq ki, bu gün Əfqanıstana məxsus hərbi təyyarə Özbəkistan ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Özbəkistan tərəfi təyyarənin hava sərhədlərini pozduğunu bildirib.