Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVİD-19) daha 165 nəfər vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 287 947 nəfər test edilib, 18 163 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 16 642 nəfər sağalıb.