Modern.az

Haitidə zəlzələ qurbanlarının sayı 1419-a çatdı

Haitidə zəlzələ qurbanlarının sayı 1419-a çatdı

Dünya

17 Avqust 2021, 07:24

Haitidə zəlzələ qurbanlarının sayı 1419-a yüksəlib, 7 min nəfər isə yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki müdafiə idarəsi məlumat yayıb.

 

Bildirilib ki, ölkənin cənubda 1133, “Grand Anse”də 162, Nippdə 122 və Şimal-Qərbdə 2 nəfər həyatını itirib. Zəlzələ nəticəsində 37 mindən çox bina tamamilə və ya qismən dağılıb.

 

Hazırda xilasedicilər dağıntılar altında qalan insanları axtarmağa davam edir.

 

Qeyd edək ki, avqustun 14-də  Haitidə 7,2 bal gücündə zəlzələ baş verib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu