Modern.az

ABŞ Əfqanıstan Mərkəzi Bankının aktivlərini blokladı

ABŞ Əfqanıstan Mərkəzi Bankının aktivlərini blokladı

Dünya

17 Avqust 2021, 08:29

ABŞ öz ərazisindəki Əfqanıstan Mərkəzi Bankına aid aktivləri bloklayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Frans-Press” məlumat yayıb.

 

Müvafiq addım “Taliban”ın vəsaitlərdən istifadəsinin qarşısını almaq məqsədilə atılıb.

 

Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Əfqanıstan Mərkəzi Bankının valyuta ehtiyatları 9,4 milyard dollar təşkil edir və onların xeyli hissəsi ölkə xaricində saxlanılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu