Modern.az

Fransada meşə yanğınları: Minlərlə insan təxliyə olunub  

Fransada meşə yanğınları: Minlərlə insan təxliyə olunub  

Dünya

17 Avqust 2021, 13:00

Fransanın cənub-şərqində yerləşən Var departamentində güclü meşə yanğınları səbəbindən minlərlə insan təxliyə olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə departament prefekturasının “Twitter” hesabında məlumat paylaşılıb.

 

“Yanğınsöndürənlər meşə yanğınlarının sürətlə yayılması səbəbindən çox sayda turistin dincəldiyi Sen-Trope rayonundakı kempinq və evlərdən minlərlə insanı təxliyə edib. Təxliyə olunanlar müvəqqəti sığınacaqlara yerləşdirilib”, - deyə məlumatda qeyd olunub.

 

İndiyə qədər Qonfaron şəhəri rayonunda 4 min hektardan çox meşə sahəsi yanıb. Yanğınla mübarizəyə 750 yanğınsöndürən, doqquz təyyarə və üç helikopter cəlb olunub. 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu