Modern.az

Yanukoviç ölkəsinin ən böyük səhvini ETİRAF ETDİ

Yanukoviç ölkəsinin ən böyük səhvini ETİRAF ETDİ

Dünya

17 Avqust 2021, 17:19

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç həmvətənlərinə müraciət ünvanlayıb.

 

Modern.az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, eks-prezident çıxışında Ukraynanın müstəqillik qazandığı 30 il ərzində yol verdiyi səhvləri analiz edib.

 

O hesab edir ki, ölkəsinin yol verdiyi ən böyük səhv Rusiya ilə mehriban qonşuluq münasibətlərindən imtina etməsi olub:

 

"Rusiyadan imtina Ukrayna cəmiyyətinin parçalanmasına, sosial qeyri-stabilliyə, dərin iqtisadi böhrana, milliyətçi təşkilatların azğınlaşmasına, müxalifətin təqib olunmasına, rejimə sərf etməyən KİV-lərin bağlanmasına gətirib çıxardı".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu