Nigerin cənub-qərbində naməlum silahlılar kəndə hücum zamanı 37 nəfəri öldürüb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən yazıb.
Hücum Mali sərhədi yaxınlığında qiyamçıların bu il yüzlərlə dinc sakini qətlə yetirdikləri ərazidə həyata keçirilib.
Qeyd edək ki, bu il Nigerin Tillabery və Tahoua bölgələrindəki silahlı qruplar 420-dən çox mülki şəxsi öldürüb.