Modern.az

“Taliban” qadınlara və mətbuata azadlıq VƏD EDİR

“Taliban” qadınlara və mətbuata azadlıq VƏD EDİR

Dünya

17 Avqust 2021, 20:25

Əfqanıstanda şəriət qanunları çərçivəsində qadınların hüquqları təmin ediləcək.

 

Modern.az xəbər verir ki, bunu bu gün Kabildə keçirilən mətbuat konfransında “Taliban” qiyamçılarının mətbuat katibi Zebihullah Mücahit bildirib.

 

O qeyd edib ki, qadınlar ictimai həyatda iştirak edə, sağlıq, təhsil və digər sahələrdə çalışa biləcəklər: “Əgər beynəlxalq ictimaiyyət narahatdırsa, biz onlara təminat veririk. Ancaq biz müsəlmanıq və bizim qadınlar da müsəlmanlardır”.

 

Mücahit mətbuata da təminat verdiklərini bildirib: “Biz sizi qoruyacağıq. Ancaq bəzi istəklərimiz var. İslam ölkəmizdə çox önəmli bir dəyərdir, heç bir şey islami dəyərlərə zidd olmamalıdır. Media hər zaman islami dəyərləri nəzərə almalı, proqramlar hazırlanarkən bu barədə düşünülməlidir. Mətbuat müstəqil və tərəfsiz olmalıdır. Təbii ki, bizi tənqid edə bilərsiniz, tənqidlərə açığıq. Lakin mətbuat diqqətli olmalı, milli dəyərlərə qarşı çıxmamalı, ölkənin birliyi üçün çalışmalıdır”.

 

Ü.İsmayıl

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu