Britaniyada “Pfizer/BioNTech” vaksinindən sonra ABŞ-ın “Moderna” şirkəti tərəfindən hazırlanan yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndin 12 yaşdan yuxarı uşaqlar arasında istifadə edilməsinə razılıq verilib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) məlumat yayıb.
“Spikevax” olaraq bilinən peyvəndin “bu yaş qrupunda təhlükəsiz və təsirli” olduğu bildirilib.
Qeyd edək ki, Avropa Dərman Agentliyi (EMA) iyul ayında Avropa İttifaqında 12-17 yaş arası uşaqlara “Moderna” vaksininin istifadəsinə razılıq verib.
Ü.İsmayıl